Almaniya miqrantlar üçün 7 milyard avro ayırdı

Almaniya miqrantlar üçün 7 milyard avro ayırdı
  10 Oktyabr 2018    Oxunub:3678
Bu gün Almaniya hökuməti miqrantların yerli əhali ilə inteqrasiyası, onların yerləşdirilməsi, yaşayış yeri və ərzaqla təmini xərclərinin ödənməsinə yardım məqsədilə gələn il üçün Almaniyanın federal ştatlarına ümumilikdə 6,85 milyard avro (7,87 milyard ABŞ dolları) maliyyə ayrılmasına dair qərar qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters”ə Almaniya hökumətindəki mənbə bildirib.

Miqrantların inteqrasiyası üçün 2019-cu ildə federal ştatlara maliyyə dəstəyini nəzərdə tutan qanun layihəsinin təşəbbüskarı Almaniyanın Maliyyə Nazirliyidir. Layihədə nəzərdə tutulan 6,85 milyard avroluq ümumi vəsaitin 2,44 milyard avrosu alman dili dərslərinin keçirilməsi də daxil olmaqla miqrantların inteqrasiyasına, 1,8 milyard avro yaşayış yeri ilə təmin edilmə, 500 milyon avro isə sosial mənzil subsidiyaları üçün ayrılacaq.

Bu layihə 2022-ci ilədək miqrantların inteqrasiyasını qarşıya məqsəd qoyan və federal ştatlara ümumilikdə 15 milyard avro ödənilməsini nəzərdə tutan proqramın tərkib hissəsi kimi dəyərləndirilir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Almaniya   miqrant  





Xəbər lenti