İtən jurnalistə görə Ər-Riyada silah satışı dayandırıla bilər

İtən jurnalistə görə Ər-Riyada silah satışı dayandırıla bilər
  10 Oktyabr 2018    Oxunub:2648
"Əgər səudiyyəli müxalifət jurnalisti Camal Kaşoqinin Türkiyədə yoxa çıxmasında Ər-Riyadın əli olduğu təsdiqlənərsə, ABŞ Səudiyyə Ərəbistanına silah satışını dayandırmalıdır"

AzVision.az “The Hill”ə istinadən xəbər verir ki, ABŞ senatoru Rend Pol bu cür bəyanatla çıxış edib.
Bildirib ki, əgər Ər-Riyadın siyasətini təqdir etməyən Camalın itməsində Səudiyyə rəhbərliyinin məsuliyyət daşıdığı üzə çıxarsa, o, Amerikanın Ər-Riyada silah satışını dayandırması üçün istənilən vasitəyə baş vuracaq və buna nail olunmasına çalışacaq.

Respublikaçı Rend Pol onu da vurğulayıb ki, Səudiyyə Ərəbistanı ordusunun Amerika istehsalı olan silahlarla təchiz edilməsinə dair ABŞ prezidenti Donal Trampın mövqeyilə razılaşmır. Lakin ümid edir ki, səudiyyəli jurnalist ətrafında yaranan vəziyyət Trampı Ər-Riyadın silahlandırılmasilə bağlı fikrindən daşınmağa kömək edə bilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Səudiyyə   Türkiyə   ABŞ  





Xəbər lenti