“Qarabağ”ın oyunlarının biletləri satışda

  10 Oktyabr 2018    Oxunub : 5799
“Qarabağ”ın oyunlarının biletləri satışda
Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü və dördüncü turunda Ukraynanın “Vorskla” və Portuqaliyanın “Sportinq” komandaları ilə Bakıda keçirəcəyi oyunların biletləri satışa çıxarılıb.
AzVision.az xəbər verir ki, öncə Ağdam təmsilçisi oktyabrın 25-də “E” qrupunun üçüncü turunda Bakı Olimpiya stadionunda Ukrayna təmsilçisi ilə qarşılaşacaq. Noyabrın 29-da isə Qurban Qurbanovun yetirmələri Portuqaliyanın “Sportinq” klubunu qəbul edəcək.

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VIP biletlər isə alıcılara 50 manata təklif olunur.

AzVision.az

Teqlər: Qarabağ   Futbol