Maliyyə şirkətləri Britaniyanı tərk edir

Maliyyə şirkətləri Britaniyanı tərk edir
  10 Oktyabr 2018    Oxunub:2652
“Brexit” prosesi üzrə Böyük Britaniyanın 2019-cu ilin mart ayında Avropa İttifaqından çıxacağı ilə əlaqədar ölkə maliyyə xidməti göstərən 5000 iş yerini itirəcək.
AzVision.az “Reuters”ə istinadən bildirir ki, Britaniyanın maliyyə naziri Con Qlen İngiltərə Bankının hesablamalarına əsaslanaraq bu cür bəyanat verib.

O, qeyd edib ki, “Brexit”dən sonra maliyyə şirkətlərinin Britaniyanı tərk etməsinin qarşısını almaq və Londonun Avropanın maliyyə mərkəzi statusunun qorunub saxlanması naminə əldə olan bütün imkanlardan istifadə edəcək.

Bununla belə Qlen vurğulayıb ki, Britaniyada fəaliyyət göstərən böyük maliyyə institutlarının Avropa qitəsinin digər iri şəhərlərinə kütləvi köçmə prosesi hələ ki müşahidə edilmir. Nazir, həmçinin britaniyalıların daha az ziyanla “Brexit”ə keçidinin təmin edilməsi üçün Avropa İttifaqı ilə səmərəli saziş imzalanacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Britaniya   Brexit   Avropaİttifaqı  





Xəbər lenti