Güləşçilərimiz “Ugra Open”də yarışacaqlar

Güləşçilərimiz “Ugra Open”də yarışacaqlar
  10 Oktyabr 2018    Oxunub:7137
Oktyabrın 12-dən 14-dək Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə Vladimir Semyonovun mükafatı uğrunda “Ugra Open” turniri keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından AzVision.az-a verilən məlumata görə, ənənəvi xarakter daşıyan yarışda yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında 7 idmançı - Əfqan Xaşalov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (70 kq), Ravil Babazadə, İbrahim Yusibov (hər ikisi 79 kq), Cavid Sadıqov (92 kq) və Roman Bəkirov (97 kq) mübarizə aparacaq.

Qeyd edək ki, Beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.

AzVision.az


Teqlər: Güləş  





Xəbər lenti