Bakıda beynəlxalq təhsil sərgisi keçirilir - FOTOLAR
Qeyd edək ki, “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgi dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirir.
Azərbaycanın 18 ali təhsil müəssisəsinin qatıldığı sərgidə iştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil”, “Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim olunur.
Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatları və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.
Bundan başqa, təhsil sərgisi ilə paralel 12-ci Beynəlxalq Karyera sərgisi də təşkil olunacaq. Sərginin əsas məqsədi işəgötürən və iş axtaran arasında görüşün təşkilidir.
Qeyd edək ki, sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir, təşkilatçı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.
Elvin Abdulqədirov
AzVision.az