“Menbiç anlaşması ölməyib” – Ərdoğan
“Menbiç məsələsində gecikmə var. Bununla belə, ortaq təlimlər başlayıb. YPG-dən təmizləndikdən sonra Menbiçi idarə edəcək şəxslərin seçilməsi barədə işlər davam etdirilir. Bir gecikmə var, amma anlaşma tamamilə ölü vəziyyətdə deyil. ABŞ dövlət katibi Pompeo və müdafiə naziri Mettis də konkret addımlar atacaqlarını söyləyirlər” – Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyə və ABŞ hərbçiləri bu həftədən başlayaraq Suriyanın Menbiç bölgəsində birgə patrul aparmaq üçün ortaq təlimlərə start veriblər.
Leyla Elbrusqızı
AzVision.az