Azərbaycan gimnastı Olimpiya çempionu oldu

Azərbaycan gimnastı Olimpiya çempionu oldu
  11 Oktyabr 2018    Oxunub:6962
Azərbaycan gimnastı Yelizaveta Luzan Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının çempionu olub.
İdmançımız Olimpiya Oyunlarının yeni formatına əsasən, bütün gimnastika növləri üzrə qarışıq komandaların yarışında qızıl medal qazanıb.

Beləliklə, milli komandamızın aktivində 2 qızıl və 1 bürünc medal var. Bundan əvvəl cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc medal qazanıblar.

AzVision.az


Teqlər: Olimpiya-Çempionu   Gimnast  





Xəbər lenti