Xameneyidən təcili əmr – Böhranı aradan qaldırın!
“Ölkəmizdə həll edə bilməyəcəyimiz böhran və problem yoxdur. Mövcud iqtisadi çətinliyin aradan qaldırılması üçün hökumət rəsmiləri təcili çıxış yolu tapmalı və böhranı həll etməklə düşməni məyus etməlidirlər. Birlikdə bütün böhranların öhdəsindən gələ bilərik”, – İranın ali dini lideri vurğulayıb.
Xameneyi onu da əlavə edib ki, İran özünün təbii və insan resurslarına arxalanaraq ABŞ sanksiyalarının təzyiqinə qarşı müqavimət göstərə bilər.
Leyla Elbrusqızı
AzVision.az