Azərbaycan - Malta oyununun hakimləri bilindi

Azərbaycan - Malta oyununun hakimləri bilindi
  11 Oktyabr 2018    Oxunub:6829
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 14-də, saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Malta oyununu idarə edəcək hakimlər müəyyənləşib.
AzVision.az xəbər verir ki, görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi İvan Bebek, onun köməkçiləri Tomislav Petroviç, Miro Qrqiç, dördüncü hakim Qoran Pataki, əlavə köməkçi hakimlər isə Mario Zebeç, Qoran Qabrilo olacaq.

AzVision.az


Teqlər: Futbol   Hakim  





Xəbər lenti