Putin Trampla görüşməyəcək

Putin Trampla görüşməyəcək
  11 Oktyabr 2018    Oxunub:2843
Gələn ilin fevralında Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında növbəti görüşün baş tutacağına dair yayılan xəbərlər yalandır.

AzVision.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Putinlə Trampın növbəti görüşü hələ planlaşdırılmayıb.
“Yayılan xəbərlər həqiqətə uyğun deyil. İndi iki ölkə prezidenti arasında görüşün keçirilməsinə dair heç bir plan yoxdur” ,– deyə Peskov bildirib.

Qeyd edək ki, bundan əvvəl xarici KİV-də 2019-cu ilin 14 fevralında Finlandiyada keçiriləcək Arktika Şurasının sammiti çərçivəsində Rusiya və ABŞ prezidentlərinin növbəti görüşünün baş tutacağı barədə mləumat yayılmışdı.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   ABŞ   Finlandiya  





Xəbər lenti