Çində ekoloji faciə yaşanır - FOTOLAR, VİDEO

Çində ekoloji faciə yaşanır - FOTOLAR, VİDEO
  27 Oktyabr 2013    Oxunub:1380
AzVision.az `The Wall Street Journal`a istinadən xəbər verir ki, ölkə rəsmilərinin dünyanı sakitləşdirməyə çalışmağına baxmayaraq, Çində ekoloji vəziyyət günü-gündən pisləşir.
Bu günlərdə qış-istilik mövsümün başlaması Şimali Çində elə bir duman qatı yaradıb ki, bəzi məktəbləri, yolları və aeroportları bağlamaq məcburiyyətində qalıblar. Evlərdə istilik sistemlərinin işə salınması ilə havada olan insan bədəninə ziyanlı PM 2.5 maddəsi maksimal həddini keçərək hər kubmetrə 500 milliqram səviyyəsinə çatıb. ABŞ- ekoloqları bu halın öz ölkələrinə yalnız güclü meşə yanğınları olan vaxt baş verdiyini qeyd edir.

Şəhərlərdə görmək miqyası 50 metrdən o yana keçmir.

Bu ilin oktyabrının 11 və 21-nə eyni mövqedən çəkilən şəkil vəziyyətin dəhşətin göz önünə qoyur. (bax şəkil 1-2) .

Qalereya




Teqlər:  





Xəbər lenti