Faiq Qarayev karyerasını başa vurub

Faiq Qarayev karyerasını başa vurub
  11 Oktyabr 2018    Oxunub:7294
Azərbaycan voleybolunun inkişafında mühüm xidmətləri olan, ölkə voleyboluna yüksək nailiyyətlər qazandıran milli komandamızın baş məşqçisi Faiq Qarayev məşqçilik karyerasını başa vurub.
59 yaşlı təcrübəli mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar bu barədə qərar qəbul edib.

Milli komandamızı 4 dəfə dünya, 7 dəfə Avropa çempionatına yüksəldən, yığma və klubla bir sıra turnirlərdə uğurlara nail olan dünya şöhrətli çalışdırıcı bu idman növünün daha da inkişafı üçün fəaliyyətini davam etdirəcək. F.Qarayev Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti kimi komandalarımıza və gənc idmançılara məsləhətlərini verəcək.

Ölkə voleybolunda xüsusi izi olan Natalya Məmmədova da bundan sonra yığmanın heyətində yer almayacaq. O, bundan sonra əsas komandanın formasını geyinməyəcəyini açıqlayıb. N.Məmmədova bu qərarını heyətdə gənc voleybolçulara yol açmaq üçün qəbul etdiyini bildirib. Karyerasını Qazaxıstanda davam etdirəcək ulduz voleybolçu Yaponiyada millinin üzvləri ilə vidalaşıb.

AzVision.az


Teqlər: Faiq-Qarayev   Məşqçi  





Xəbər lenti