Rüstəm Həmidov vəzifəsindən istefa verdi

  11 Oktyabr 2018    Oxunub : 2876
Rüstəm Həmidov vəzifəsindən istefa verdi
Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının rəhbəri Rüstəm Həmidov bu gün istefa verərək, vəzifə səlahiyyətlərinin icrasını vaxtından əvvəl dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə Həmidovun Başqırdıstan vətəndaşlarına ünvanladığı müraciətdə deyilir.

“Başqırdıstan Respublikasının başçısı vəzifəsində mənim işlərim yekunlaşır. İstefamı qəbul etməsi üçün Rusiya Federasiyasının prezidentinə müraciət göndərmişəm” - Həmidov bəyan edib.

Rüstəm Həmidov onu da bildirib ki, 2019-cu ildə Başqırdıstan Respublikasının rəhbəri postuna keçiriləcək seçkilərdə iştirak etməyəcək. Həmçinin vurğulayıb ki, Rusiya regionlarının rəhbərləri artıq kifayət qədər yaşa dolduqda səlahiyyətlərini təhvil vermək haqqında vaxtında qərar qəbul edərək ləyaqətli bir şəkildə vəzifədən getməlidirlər:

“Nə yuxarıdan, nə də aşağıdan təzyiqlə üzləşmədən, ya da fövqəladə hallar səbəbiylə deyil, düşünülmüş və mübahisəsiz şəkildə vəzifədən getməlidirlər”.

Qeyd edək ki, 64 yaşlı Həmidov 2010-cu ildən bəri Başqırdıstana rəhbərlik edib.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Başqırdıstan   Rusiya