Millimiz Farer Adalarını məğlub etdi - Yenilənib

Millimiz Farer Adalarını məğlub etdi - Yenilənib
  12 Oktyabr 2018    Oxunub:8984
Farer Adaları-Azərbaycan oyunu başa çatıb. Millimiz səfərdə 0:3 hesablı qələbə qazanıb.

AzVision.az xəbər verir ki, yığmamızın heyətində Riçard Almeyda dubl edib, Dmitri Nazarov bir dəfə fərqlənib.
***
Azərbaycan millisi ikinci topu Farer Adaları yığmasının qapısından keçirib.

AzVision.az xəbər verir ki, matçın 67-cı dəqiqəsində Dmitri Nazarov hesab arasındakı fərqi artırıb.

***
Millimizin ilk qolunu Riçard Almeyda vurub.

***
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Torshavn şəhərindəki “Torsvollur” stadionunda keçirilən Farer Adaları-Azərbaycan oyunu başlayıb.

Farer Adalarında keçirilən oyunun baş hakimi rusiyalı Aleksey Yeskovdur. Ona həmyerliləri Dmitri Mosyakin və Anton Averianov kömək edirlər. Dördüncü hakim funksiyasını Valeri Dançenko yerinə yetirir.

***
Xəbər verdiyimiz kimi, bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarına start veriləcək. D liqasının 3-cü qrupunda yer alan Azərbaycan milliisi növbəti görüşünü keçirəcək.

Yığmamız səfərdə Farer adaları ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

“Torsvollur” stadionunda keçiriləcək oyun üçün komandaların start heyəti artıq məlumdur.

Azərbaycan millisinin heyətində meydana Kamran Ağayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Araz Abdullayev, Mahir Mədətov və Rüfət Dadaşov çıxacaqlar.

Farer Adaları yığmasının start heyətində isə Hunnar Nilsen, Hilli Serensen, Atli Qreqersen, Odmar Fere, Vilormur Davidsen, Rene Yonsen, Hallur Hansson, Yohan Edmundson, Brandur Hendriksson, Kay Bartalsstovu və Finnur Yustinussen yer alıblar.

Qeyd edək ki, komandamız qrupda keçirdiyi ilk 2 oyunda heç-heçə edib.

AzVision.az


Teqlər: Farer-Adalari   Milli  





Xəbər lenti