"Rəqib uduzsa da, ciddi müqavimət göstərdi" - Qurban Qurbanov

"Rəqib uduzsa da, ciddi müqavimət göstərdi" - Qurban Qurbanov
  12 Oktyabr 2018    Oxunub:6979
"Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib qələbə idi. Oyunöncəsi mətbuat konfransında heç bir çətinlik haqda düşünməməliyik demişdim. Amma bu gün çətinlik həddən artıq çox oldu. Buna baxmayaraq, lazımi xarakter göstərdik"
AzVision.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov səfərdə Farer Adalarına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

“Oyuna aktiv başlamaq istəyirdik. Lakin meydan sahibləri azarkeşlərin dəstəyi ilə irəli atıldılar və ilk dəqiqələrdən qol vurmağa çalışdılar. Biz isə texniki səhvlərə yol versək də, tədricən oyunu ələ almağa və qollar vurmağa başladıq. Rəqib uduzsa da, ciddi müqavimət göstərdi. Üç gündən sonra bizi vacib oyun gözləyir. Çətin səfərdən sonra hazırlığı bərpa edib, Malta ilə oyuna ən vacib matç kimi çıxmalıyıq. Qrupumuzda istənilən komanda qələbə qazanmağa qadirdir”, - Qurbanov bildirib.

AzVision.az


Teqlər: Qurban-Qurbanov  





Xəbər lenti