FTB xaricdəki əməkdaşlarını geri çağırdı – Qalmaqal

FTB xaricdəki əməkdaşlarını geri çağırdı – Qalmaqal
  12 Oktyabr 2018    Oxunub:2590
Amerikanın Federal Təhqiqatlar Bürosu (FTB) şərqi və cənub-şərqi Asiya ölkələrində işləyən bir neçə əməkdaşını Vaşinqtona geri çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, FTB-nin xaricdəki işçilərini geri çağırmasının səbəbi onların dəbdəbəli əyləncələrdə iştirakı və yüngül həyat tərzi keçirən qadınlarla müntəzəm əlaqələrə görə yaranan qalmaqallarla bağlıdır.

Qeyd olunub ki, geri çağırılan FTB əməkdaşları şərqi və cənub-şərqi Asiya regionun konkret 6 ölkəsində işləyənlərdir. Lakin həmin ölkələrin adı çəkilmir.

Qəzetin sorğusuna cavab verən FTB rəhbərliyi də əmədaşların geri çağırılması barədə məlumatı təsdiqləyərək, hazırda ABŞ Ədliyyə Nazirliyinin baş müfəttişinin FTB işçilərinə qarşı ittihamları araşdırdığını bildirib. Lakin onların nədə ittiham olunduğuna aydınlıq gətirməyib. Həmçinin vurğulanıb ki, geri çağırılan FTB əməkdaşları opertaiv fəaliyyətlə məşğul olmayanlardır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Asiya   ABŞ   FTB  





Xəbər lenti