Əsgər hərbi hissədən qaçdı

Əsgər hərbi hissədən qaçdı
  27 Oktyabr 2013    Oxunub:2102
Tovuzda hərbi hissədən silahlı əsgər qaçıb.
AzVision.az APA- ya istinadən xəbər verir ki,Azərbaycan Ordusunun əsgəri xidməti silahını götürərək hərbi hissədən qaçıb. Bu barədə Ağstafa Rayon Polis Şöbəsindən məlumat verilib.

Hadisə Müdafiə Nazirliyinin Tovuz rayonundakı “N” saylı hərbi hissədə qeydə alınıb. 19 yaşlı əsgər Cəmil Elxan oğlu Hüseynzadə xidməti silahını da götürərək hərbi hissəni özbaşına tərk edib.

Hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Əsgərin axtarışlarına polis qüvvələri də cəlb edilib. Tovuz və Ağstafa rayonlarında polis postları qurulub, hər iki rayona girən və çıxan bütün avtomobillər yoxlanılır. Hazırda əsgərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, C. Hüseynzadə Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.


Teqlər:





Xəbər lenti