Çexiyada sosial-demokratlar qalib gəldi

Çexiyada sosial-demokratlar qalib gəldi
  27 Oktyabr 2013    Oxunub:1142
Çexiyadakı parlament seçkilərində sosial-demokratlar qalib gəldilər.
Çexiyada keçirilən növbədənkənar parlament seçkilərində Sosial-Demokrat Partiyası qalib gəlib. AzVision.az `Frace 24`ə istinadən xəbər verir ki, bülletenlərin 99 faizi sayıldıqdan sonra Boquslav Sobotkanın başçılıq etdiyi sosial-demokratlar səslərin 20, 50 faizini qazanıblar. Seçkinin sürprizi Andrey Babişin başçılıq etdiyi ANO 2011 partiyasının gözlənilmədən yüksək səs toplaması olub - 18, 67 faiz.

Üçüncü yeri səslərin 14,94 faizini toplayan Çexiya və Moraviya Kommunist Partiyası tutur. 5 faizlik həddi daha dörd partiya keçib.

Prezident Miloş Zemanın yaratdığı “Vətəndaşların hüquqları partiyası-zemanovçular” seçkilərin autsayderi olub. Bu partiya parlamentə düşmək üçün 5 faizlik baryeri keçə bilməyib.

Seçici fəallığı 59, 45 faiz olub.


Teqlər:





Xəbər lenti