Şimali Koreya bütün nüvə silahlarını məhv edəcək

Şimali Koreya bütün nüvə silahlarını məhv edəcək
  12 Oktyabr 2018    Oxunub:4167
Tam nüvəsizləşməyə nail olunması üçün Şimali Koreya lideri Kim Çen In malik olduqları bütün nüvə silahlarını, nüvə materialları və ölkə ərazisində yerləşən nüvə obyektlərini məhv etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, Cənubi Koreya prezidenti Mun Çje in “BBC”yə müsahibəsində belə deyib. Onun sözlərinə görə, noyabrda ABŞ Konqressinə keçiriləcək aralıq seçkilərdən sonra ABŞ və Şimali Koreya liderlərinin növbəti görüşünü təşkil etmək üçün Pxenyanla Vaşinqton arasında işçi müzakirələr davam etdirilir.

Cənubi Koreya prezidenti onu da vurğulayıb ki, əgər Vaşinqton da müvafiq cavab tədbirləri görərsə, Kim Çen In başlıca raket obyektinin sökülməsi prosesini və Yonbendəki əsas nüvə kompleksinin bağlanışını izləmək üçün beynəlxalq ekspertləri Şimali Koreyaya dəvət etməyə hazırdır. Vaşinqtonun adekvat cavab tədbirlərinə isə Şimali Koreyada əlaqə ofisinin açılması, humanitar yardım göstərilməsi və iqtisadi ekspertlərin mübadiləsi ola bilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   ABŞ   Nüvə  





Xəbər lenti