Tramp Bransonun ABŞ-a qayıdacağına ümid edir

  12 Oktyabr 2018    Oxunub : 2631
Tramp Bransonun ABŞ-a qayıdacağına ümid edir
Casusluqda ittiham olunan amerikalı keşiş Endryu Bransonun İzmir Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ev həbsindən azad olunmasına ABŞ prezidenti Donlad Trampdan ilk reaksiya gəlib.
AzVision.az “Vox”a istinadən xəbər verir ki, Tramp Branson üzərindən nəzarətin götürülməsinə dair məhkəmənin çıxardığı qərarı müsbət qarşılayıb və keşişin tezliklə Amerikaya dönəcəyinə ümid etdiyini bildirib.

“Bransonla bağlı məsələ üzərində gərgin şəkildə işləyirik. Fikirlərim və dualarım Bransonladır. Onun təhlükəsiz şəkildə tezliklə evinə geri dönəcəyinə ümid edirik”, – deyə Tramp "Tvitter"də yazıb.

Qeyd edək ki, İzmir Ağır Cinayətlər Məhkəməsinin bu gün çıxardığı qərarla FETÖ və PKK terror təşkilatları ilə əlaqədə itiham olunaraq barəsində 35 il azadlıqdan məhrumetmə cəzası istənilən amerikalı keşiş Endryu Branson üzərindən ev həbsi qaldırılıb və onun ölkəni tərk etməməsilə bağlı qadağa aradan götürülüb. Bununla belə, məhkəmə Bransonun 3 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm verib. Həbs cəzası bitdikdən sonra Branson tamamilə sərbəst buraxılacaq və ABŞ-a geri dönə biləcək. Lakin iddialara və Bransonun vəkilinin dediyinə əsasən, məhkəmə zalından çıxdıqdan sonra amerikalı keşişin dərhal Türkiyəni tərk etməsi üçün şans yaranıb.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Türkiyə   ABŞ