Pentaqon Bransonu Türkiyədən çıxarmağa hazırlaşır

Pentaqon Bransonu Türkiyədən çıxarmağa hazırlaşır
  12 Oktyabr 2018    Oxunub:3440
Casusluqda ittiham olunan amerikalı keşiş Endryu Bransonun İzmir Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ev həbsindən azad olunmasından və onun üzərindən xaricə çıxış qadağasının aradan qaldırılmasından sonra amerikalı hərbçilər artıq keşişin ABŞ-a geri qaytarılmasına hazırlaşırlar.
AzVision.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü “Reuters”i məlumatlandırıb. Onun Türkiyədən Almaniyaya, oradan da ABŞ-a aparılacağı bildirilir.

Pentaqondakı digər mənbənin sözlərinə görə, Branson hətta bu axşam təyyarə ilə yola salına bilər və onun təhlükəsizliyi ilə Pentaqon şəxsən məşğul olacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   Almaniya   ABŞ  





Xəbər lenti