Branson çemodanını hazırladı, Türkiyəni tərk edir - FOTO

Branson çemodanını hazırladı, Türkiyəni tərk edir - FOTO
  13 Oktyabr 2018    Oxunub:16808
Türkiyənin İzmir şəhər məhkəməsinin qərarı ilə azadlığa çıxan amerikalı keşiş Endryu Branson hazırda evindədir.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həbsi ilə Ankara və Vaşinqton arasında siyasi qalmaqala səbəb olan Branson evində görüntülənib.

Onun bu dəqiqələrdə Türkiyədən çıxmağa hazırlaşdığı, özü ilə aparacağı əşyaları yığdığı bildirilir. Məlumata görə, keşiş bu gün hərbi təyyarə ilə Amerikaya gedəcək. Bransonun təhlükəsizliyi ilə şəxsən Pentaqon məşğul olacaq.



Qeyd edək ki, İzmir şəhər məhkəməsi amerikalı keşiş Endryu Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib və onu ev dustaqlığından azad edib. Məhkəmə Bransonun nəzarətdə olduğu müddəti nəzərə alaraq onun üzərindən cəzanı, o cümlədən xaricə çıxmaq qadağasını aradaq qaldırıb.

Qalmaqallı Branson FETÖ və PKK terror təşkilatları ilə əlaqədə itiham olunaraq həbs edilmişdi.



AzVision.az


Teqlər: Branson   Keşiş   Türkiyə   Amerika  





Xəbər lenti