“Türkiyəni hələ də sevirəm” - Bransonun vida sözləri

“Türkiyəni hələ də sevirəm” - Bransonun vida sözləri
  13 Oktyabr 2018    Oxunub:3238
“Türkiyəni sevirəm, həmişə sevəcəyəm”.
AzVision.az xəbər verir ki, bu sözləri Türkiyənin İzmir şəhər məhkəməsinin qərarı ilə azadlığa çıxan amerikalı keşiş Endryu Branson ölkədən ayrılarkən deyib.

20 il Türkiyədə yaşayan Branson baş verənlərə baxmayaraq, Türkiyəni hələ də sevdiyini, bundan sonra da sevəcəyini söyləyib.

Keşişin həyat yoldaşı Norin Branson isə Türkiyəyə belə vida mesajı yollayıb: “Baş verənlərə rəğmən Türkiyəni sevirik”.

Qeyd edək ki, İzmir şəhər məhkəməsi amerikalı keşiş Endryu Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib və onu ev dustaqlığından azad edib. Məhkəmə Bransonun nəzarətdə olduğu müddəti nəzərə alaraq onun üzərindən cəzanı, o cümlədən xaricə çıxmaq qadağasını aradaq qaldırıb.

Xatırladaq ki, qalmaqallı Branson FETÖ və PKK terror təşkilatları ilə əlaqədə itiham olunaraq həbs edilmişdi.



Kənan Məmmədov
AzVision.az


Teqlər: Branson   Türkiyə   ABŞ   Keşiş  





Xəbər lenti