Ankara itən jurnalistə görə Səudiyyəyə vaxt qoydu

Ankara itən jurnalistə görə Səudiyyəyə vaxt qoydu
  13 Oktyabr 2018    Oxunub:3281
Səudiyyə Ərəbistanı Türkiyədəki səfirlik və konsulluğunda itkin düşən jurnalist Camal Kaşoqi ilə bağlı axtarış aparmağa icazə verməsə, rəsmi Ankara səudiyyəli diplomatları ölkədən çıxara bilər.
AzVision.az-ın məlumatına görə, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi xəbərdarlıq edib. Rəsmi Ankara icazənin verilməsi üçün Səudiyyə Ərəbistanına sabaha qədər vaxt verib. Hazırda danışıqlar davam edir.

Əgər icazə verilməzsə, Türkiyənin səudiyyəli diplomatları ölkədən çıxaracağı deyilir. Çünki diplomatik toxunulmazlığı tənzimləyən Vyana Konvesiyası ağır cinayətin törədilməsi təsbit olunarsa, ev sahibi ölkəyə belə bir haqq verir.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. Hətta onun öldürülməsi barədə məlumatlar da yayılıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Səudiyyə   Camal   Kaşoqi  





Xəbər lenti