Gürcüstan MSK: Seçkilər normal şəraitdə keçir - YENİLƏNİB

Gürcüstan MSK: Seçkilər normal şəraitdə keçir - YENİLƏNİB
  27 Oktyabr 2013    Oxunub:1055
Gürcüstanda prezident semkilərilə əlaqədar olaraq, bütün məntəqələr işinə başlayıb. AzVision.az Trend-ə istinadən xəbər verir ki,, bunu Gürcüstan MSK-nın nümayəndəsi Eka Azaraşvili bildirib.
Onun sözlərinə görə, yüksək dağlıq ərazidə yerləşən iki məntəqə ilə əlaqə saxlamaq mümkün olmayıb. Həmçinin, bir neçə məntəqə texniki problemlərə görə, gec açılıb.

Qeyd edək ki, Gürcüstanda məntəqələr saat 08:00-da açılıb, 20:00-da bağlanacaq.

Eləcədə Gürcüstanın daxili işlər naziri İrakliy Qaribaşvili seçki məntəqəsində səsvermə zamanı bildirib ki, ölkədə seçkilər qanun pozuntuları olmadan normal şəraitdə keçirilir. "Biz bəyan etmişik və sabitliyi təmin etməyə hazırıq. Heç kəsə imkan vermərik ki, hər hansı təxribat törətsin və seçkiləri pozsun" - deyə o, qeyd edib.

Qeyd edək ki, Qərbi Gürcüstanda Zuqdididə səhər hakim koalisiyanın koordinatorlarının maşınlarına zərər vurulub. Faktla bağlı təhqiqat başlayıb.



Artıq seçkilərdə Leyborist Partiyasından namizəd Şalva Natelaşvili səs verib və hər kəsi seçkilərə dəvət edib. O, eyni zamanda, qələbəsinə əmin olduğunu bildirib.

"Gürcü arzusu" hakim koalisiyasının namizədi Giorgi Marqvelaşvili də səs verib. O səsvermə məntəqəsinə qızı ilə gəlib və Gürcüstanda seçkilərin şəffaf keçiriləcəyinə inandığını deyib. "Bu, sabit şəkildə keçən Avropa tipli seçkilərdir və əminəm ki, xalqım Qərbyönlü prezident və uğurlu perspektiv seçimini edəcək" - deyə o əlavə edib.

"Vahid Milli Hərəkat" partiyasının namizədi David Bakradze də səs verib. O, Gürcüstanın avrointeqrasiyanı və NATO-ya daxil olmaq perspektivini seçəcəyinə əminliyini ifadə edib.

"Mən xalqımın ağlına inanıram və əminəm ki, Gürcüstan sabah daha yaxşı olacaq" - deyə o, söyləyib.

Prezidentliyə namizədlər qismində 23 nəfər rəsmən qeydə alınıb. Prezidentliyə namizədlər qismində - "Gürcü arzusu" hakim koalisiyasının nümayəndəsi Georgi Marqvelaşvili, parlamentin sabiq spikeri Nino Burcanadze, keçmiş hakim partiya olan Vahid Milli Hərəkatın namizədi David Bakradze və digərləridir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Gürcüstan ərazisində seçkilərdə iştirak edə biləcək seçicilərin sayı 3 537 719 milyon nəfər təşkil edir. Ölkədə 3 655 seçki məntəqəsi və 34 əlavə xüsusi məntəqə açılacaq.

Gürcüstandan kənarda 50 seçki məntəqəsi fəaliyyət göstərəcək. Burada xidməti işləri üzrə xaricdə yaşayan və olan Gürcüstanın 48 458 vətəndaşı səs verə biləcək.


Teqlər:  





Xəbər lenti