Con Bolton Çini təhdid edib

Con Bolton Çini təhdid edib
  13 Oktyabr 2018    Oxunub:3139
"ABŞ hərbi dəniz qüvvələrinə məxsus gəmilərin Cənubi Çin dənizinə girdiyinə görə Vaşinqton Çin tərəfindən amerikalı hərbçilərə qarşı edilən təhdidlərə dözmək fikrində deyil".
AzVision.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton “Salem Radio Network” radiosuna müsahibəsində deyib.

“Amerikalı hərbçilərə qarşı təhdidlərə dözməyəcəyik. Biz beynəlxalq dəniz yollarını açıq saxlamaq niyyətindəyik. Çinlilərin başa düşməli olduqları da məhz budur. Çin beynəlxalq qaydaları pozaraq onlardan öz xeyrinə sui-istifadə edib. Amma indi ABŞ-ın bunun qarşısını almağının vaxtı gəlib çatıb”, – Bolton vurğulayıb.

ABŞ prezidentinin köməkçisi onu da əlavə edib ki, Böyük Britaniya və Avstraliya Cənubi Çin dənizi akvatoriyasında iştiraklarını artırıblar və Çinlə əməkdaşlıqdan asılı olmayaraq, ABŞ da bu regionda təbii resursların işlənməsini nəzərdən keçirir: “Bu ərazilər Çinin əyaləti deyil və olmayacaq da.”

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Çin  





Xəbər lenti