Millətlər Liqasının 3-cü turuna yekun vurulacaq

Millətlər Liqasının 3-cü turuna yekun vurulacaq
  13 Oktyabr 2018    Oxunub:7054
Bu gün UEFA Millətlər Liqasının üçüncü turuna yekun vurulacaq.
AzVision.az xəbər verir ki, III turun sonuncu günündə doqquz qarşılaşma keçiriləcək.

Maraqla gözlənilən oyunlardan biri A liqasının 1-ci qrupunda baş tutacaq. Dördqat dünya çempionu Almaniya millisi Niderland seçməsinin qonağı olacaq. Türkiyəli Cüneyt Çakırın idarə etdiyi oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

B liqasının 1-ci qrupunda yer alan Slovakiya millisi Çexiya yığmasını qəbul edəcək. Bu liqanın 4-cü qrupunda isə Danimarka seçməsi İrlandiya komandasının qonağı olacaq.

C liqasının 3-cü qrupunda iki qarşılaşma oynanılacaq. Norveç yığması Sloveniyanı, Bolqarıstan isə Kipr seçməsini sınağa çəkəcək.

D liqasının 1-ci qrupunda Gürcüstan millisi doğma meydanda Andorra yığması ilə görüşəcək. Qazaxıstan seçməsi isə Latviya millisinin qonağı olacaq.

Bu liqanın 4-cü qrupunda Makedoniya millisi Lixtenşteyn yığmasını qəbul edəcək. Qrupun digər oyununda Ermənistan yığması Cəbəllütariq seçməsi ilə üz-üzə gələcək.

AzVision.az


Teqlər: UEFA   Millətlər-Liqası  





Xəbər lenti