Sınaq imtahanına qeydiyyat davam edir

  13 Oktyabr 2018    Oxunub : 6086
Sınaq imtahanına qeydiyyat davam edir
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə keçiriləcək növbəti sınaq imtahanlarına qeydiyyat davam edir.
DİM-dən AzVision.az-a verilən məlumata görə, AA, AB, AC, BA, BB qrupları üzrə oktyabrın 20-də keçiriləcək sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunacaq. Bu gün saat 15:00-a olan məlumata əsasən, sınaq imtahanlarında iştirak etmək üçün 13 nəfər qeydiyyatdan keçib.

Xatırladaq ki, namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.

Qeydiyyatdan keçmək üçün https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom linkinə daxil olmaq lazımdır.

AzVision.az

Teqlər: DİM   İmtahan