İran Xəzər dənizini fəlakətə sürükləyir

İran Xəzər dənizini fəlakətə sürükləyir
  27 Oktyabr 2013    Oxunub:1250
Xəzər dənizinin suyunun mərkəzi səhralığa ötürülməsi ekoloji fəlakətə səbəb ola bilər.
AzVision.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İranın ətraf mühafizəsi təşkilatının rəsmisi Abdolrez Karbezi deyib.

Onun sözlərinə görə, daxildəki su sistemi Xəzər dənizinə il ərzində 32 milyon ton duz əlavə edə bilər ki, bu da dənizin ekoloji durumuna mənfi təsir göstərə bilər.

Hazırda Xəzər dənizinin suyunun 1 litrində 13 qram duz var. Əgər il ərzində 250 milyon kubmetr suyun Semnana ötürülməsi baş verərsə, o zaman, 32 milyon ton duz dəniz suyuna qarışa bilər.

Qeyd edək ki, aprel ayında İranın sabiq energetika naziri Macid Nemcou bildirmişdi ki, ölkəsi Xəzər dənizinin suyunu mərkəzi səhralığa qədər ötürə bilər. O deyib ki, 20 milyard riallıq (800 milyon dollar) büdcə də təmin edilib.

Rəsmilərin sözlərinə görə, artıq 200 milyon kubmetr suyun mərkəzi hissələrə ötürülməsi işi layihələndirilib. Layihə 2016-cı ilin mart ayında başa çatacaq.

Xatırladaq ki, İranın energetika nazirliyi Xəzər dənizinin suyunun ölkənin mərkəzi hissəsinə ötürülməsi üçün icazə alıb. İşlənmiş layihəyə əsasən, il ərzində 500 milyon kubmetr suyun ötürülməsi planlaşdırılıb.


Teqlər:  





Xəbər lenti