Bransonun gedişi hamıdan çox onu məyus etdi

Bransonun gedişi hamıdan çox onu məyus etdi
  14 Oktyabr 2018    Oxunub:6700
Amerikalı keşiş Endryu Bransonun Türkiyəni tərk etməsinə onunla eyni binada yaşayan qonşuları münasibət bildiriblər.
AzVision.az xəbər verir ki, uzun illər İzmirdə qalan Bransonun qonşuları onun gedişindən sonra öz məhəllələrində rahat yaşaya biləcəklərini söyləyiblər.

Sakinlərin sözlərinə görə, keşiş ev dustağı olanda bina hüquq-mühafizə orqanlarının tam nəzarətində olub. Onlar mütəmadi olaraq küçədə polis əməkdaşları, jurnalist və digər rəsmi şəxslərin olduğunu, bu səbəbdən məhəllədə sərbəst gəzə bilmədiklərindən şikayətləniblər.

Maraqlıdır ki, Bransonun Türkiyədən getməsinə məyus olan yeganə insan onun yaşadığı binanın həyətində fəaliyyət göstərən marketin sahibidir.



Tansu adlı şəxs amerikalı keşişin evini tərk etməsindən sonra sanki məhəlləyə sükut çökdüyünü, alverin xeyli zəiflədiyini deyib. Bu səbəbdən o, məyusluğunu ifadə edib.

Market sahibi bildirib ki, Branson ev dustağı olanda binanı qoruyan polis əməkdaşları, KİV nümayəndələri, diplomatik təmsilçilər marketin daimi müştəsinə çevrilmişdilər. Həmin vaxtlarda alveri yaxşı olub. İndi isə müştərilər yoxa çıxıblar. Tansu hesab edir ki, Branson gedişi ilə onun ruzisini də özü ilə aparıb.

AzVision.az


Teqlər: Türkiyə   Branson  





Xəbər lenti