Azərbaycan millisi Maltaya qarşı

Azərbaycan millisi Maltaya qarşı
  14 Oktyabr 2018    Oxunub:6960
Bu gün UEFA Millətlər Liqasının növbəti oyunları keçiriləcək.
AzVision.az xəbər verir ki, D4 qrupunda yer alan Azərbaycan yığması doğma meydanda Malta komandası ilə qarşılaşacaq.

Görüş Bakı Olimpiya Stadionunda saat 20:00-da başlayacaq.

Xatırladaq ki, millimiz üç turdan sonra 5 xalla qrupda ikinci yerdədir. Kosovo 7 xalla birinci, Farer Adaları 3 xalla üçüncü, Malta isə 1 xalla sonuncu pillədədir.

AzVision.az


Teqlər: Malta   Azərbaycan  





Xəbər lenti