Dubay çimərliklərinə PUA-lar nəzarət edəcək

Dubay çimərliklərinə PUA-lar nəzarət edəcək
  14 Oktyabr 2018    Oxunub:3864
Dubay bələdiyyəsi çimərlikdə insanların təhlükəsizliyinə nəzarəti təmin etmək məqsədilə “Flying Rescuer” adlı pilotsuz uçuş aparatı (PUA) yaradıb.
Dubay bələdiyyəsinin məlumatına görə, bu, dünyada həm funksiyalarına, həm də dizaynına görə ilk belə uçan aparatdır. O, 8 kiloqram yük qaldırmaqa qadirdir, həm radioidarəetmə, həm də avtopilot rejimində hərəkət edə və 30 dəqiqə batareyasını doldurmadan işləyə bilir. PUA, həmçinin yüksək hərarətə və nəmişliyə davamlıdır.

Dron nəzarət nöqtəsindən bir kilometr məsafədə canlı yayım həyata keçirmək imkanı olan iki videokamera ilə təchiz edilib. (AzərTAc)

AzVision.az


Teqlər: Dubay   Dron   Çimərlik  





Xəbər lenti