Polis kapitanı 7-ci dəfə dünya çempionu oldu
Yarışa ciddi hazırlaşdığını bildirən F.Mayılov növbəti dəfə üçrəngli bayrağımızı dalğalandırıb, himnimizi səsləndirdiyi üçün xoşbəxt olduğunu diqqətə çatdırıb.
İdmançı deyib: “Bu qələbə təkcə mənim deyil, bütün Azərbaycan polisinin uğurudur. Ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən diqqət və qayğı göstərilir. Dövlətimizin başçısı İlham Əliyev həmişə idmançıların yanında olur, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Biz idmançılar da bu qayğının müqabiləndə beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməliyik.
Görüşlərim gərgin idman mübarizəsi şəraitində keçdiyini qeyd edən idmançı kifayət qədər güclü rəqiblərə qarşı mübarizə apardığını söyləyib.
“Çexiyaya çempionluq üçün getmişdim. Çox sevinirəm ki, istəyimə nail oldum və yeddiqat dünya çempionu adına yiyələndim”, - deyə F.Mayılov əlavə edib.
AzVision.az
Teqlər: Dünya-Çempionu Polis Kapitan