Millimiz Malta ilə bacarmadı - Yenilənib

Millimiz Malta ilə bacarmadı - Yenilənib
  15 Oktyabr 2018    Oxunub:8310
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisi Malta yığması ilə qarşılaşıb.
AzVision.az xəbər verir ki, oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi İvan Bebek, onun köməkçiləri isə Tomislav Petroviç və Miro Qrqiç olub. Dördüncü hakim funksiyasını Qoran Pataki yerinə yetirib.

Qarşılaşmanın 37-ci dəqiqəsində Maltanın futbolçusu Rouen Muskat komandasını hesabda irəli çıxarıb. Oyunun birinci hissəsi qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb.

***
Görüşün 53-cü dəqiqəsində Azərbaycan millisi hesabı bərabərləşdirib. Mahir Mədətovun ötürməsini Araz Abdullayev qolla tamamlayıb

***
Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Bununla da millimiz doğma meydanda 2 xal itirib.

***

UEFA Millətlər Liqasının 4-cü turunda saat 20:00-da başlayacaq Azərbaycan – Malta oyunu üçün heyətlər açıqlanıb.

Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

Azərbaycan: 1. Kamran Ağayev (k.), 19. Rahil Məmmədov, 22. Bədavi Hüseynov 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 17. Mahir Mədətov, 16. Rüfət Dadaşov

Ehtiyat oyunçular: 12 Şahrudin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 3 Ürfan Abbasov, 6 Bəxtiyar Həsənalızadə, 8 Emin Mahmudov, 9 Namik Ələskərov, 10. Ruslan Qurbanov, 11 Ramil Şeydayev, 14 Rahid Əmirquliyev, 15 Cavid İmamverdiyev, 18 Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə

Malta: 1. Endryu Hoqq, 3. Jozef Zerafa, 4. Stiv Borq, 5. Andre Aqius, 8. Pol Feneç, 9. Jozef Mbonq, 10. Andre Şembri (k), 11. Rouen Muskat, 15. Xuan Korbalan, 17. Rayan Kamilyeri, 19. Alfred Effionq

Ehtiyat oyunçular: 12. Anri Bonelyo, 23. Stiv Sultana, 16. Ferdinando Apap, 22. Keyn Attard, 2. Maykl Conson, 21. Roderik Briffa, 6. Cek Qreç, 18. Byorn Kristensen, 17. Stefan Pisani, 20. Endryu Kohen, 16. Jan-Pol Farrucia, 13. Kleyton Faylla

AzVision.az


Teqlər: UEFA   Malta  





Xəbər lenti