Qırmızı işıqda keçənlərə qarşı qeyri-adi cəza - FOTOLAR

Qırmızı işıqda keçənlərə qarşı qeyri-adi cəza - FOTOLAR
  15 Oktyabr 2018    Oxunub:6937
Çində piyadaların hərəkətini tənzimləyən yeni qurğu istehsal edilib.
AzVision.az xəbər verir ki, istehsalçılar hazırladıqları turniketlə piyadaların qırmızı işıqda keçməsinin qarşısını almağı hədəfləyirlər. Piyada zolağının qarşısında quraşdırılan qurğunun üzərindəki “X” işarəsi qırmızı olanda hərəkət etməyə icazə verilmir.



Əgər piyada bu halda qarşı tərəfə keçməyə cəhd edərsə, qurğu onların üzərinə su buxarı vurur. Piyadalar yalnız hərəkətə icazə verildikdə qarşı tərəfə keçə bilərlər.





Kənan Məmmədov
AzVision.az


Teqlər: Çin   Piyada   Qurğu  





Xəbər lenti