Fransada daşqınlar: 13 nəfərə ölüb

Fransada daşqınlar: 13 nəfərə ölüb
  15 Oktyabr 2018    Oxunub:3619
Fransanın cənubunda yerləşən Od departamentində daşqınlar nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Fransa Daxili İşlər Nazirliyi yayıb. Qeyd olunub ki, Pezan kommunasında su bəndinin dağılması riski ilə əlaqədar minə yaxın insanın təxliyə olunub.

Regionun bəzi rayonlarına bir neçə saat ərzində üç aylıq yağıntı norması düşüb. Hazırda təbii fəlakətdə zərər çəkən ərazilərdə aparılan xilasetmə əməliyyatlarında 8 helikopter, həmçinin yüzlərlə yanğınsöndürən və polis cəlb edilib.

AzVision.az


Teqlər: Fransa   Daşqın  





Xəbər lenti