Gürcüstan seçkilərində qarşıdurma - FOTOLOAR, YENİLƏNİB

Gürcüstan seçkilərində qarşıdurma - FOTOLOAR, YENİLƏNİB
  27 Oktyabr 2013    Oxunub:1456
Keçmiş spiker və hazırki prezidentliyə namizəd Nino Burcanadzenin partiyasının nümayəndəsi Gürcüstanın baş naziri Bidzina İvanişvilini MSK-ya şikayət edib.

AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, nümayəndənin şikayəti baş nazirin axrıncı çıxışı ilə bağlıdır. Çıxışında o öz partiyasından olan Marqelaşviliyə səs verdiyini deyib. Bu isə seçki günü təşviqat kimi qəbul edilərək qanuna ziddir.

Öz növbəsində MSK nümayəndəsi Eka Azaraşvili isə İvanişvilinin qanunu pozmadığını deyib. Məsələ burdadır ki. təşviqat məntəqədə yox bilavasitə seçki keçirilən yerdə qadağandır. Bu sözlərin televiziya ilə verilməsinə isə İvanişvili yox Televiziya Şurası məsuliyyət daşıyır və bu məsələ MSK-da araşdırılacaq.

Bu arada artıq Gürcüstan prezidentliyinə üç əsas namizəd - hakim “Gürcü arzusu” koalisiyasının namizədi Georgi Marqelaşvili, Saakaşvilinin “Vahid mili hərəkat”ının namizədi David Bakradze və keçmiş spiker Nino Burcanadze prezident seçkilərində səs veriblər.

***

Gürcüstan DİN vətəndaşları və siyasi partiyaları baş vermiş pozuntularla bağlı hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırıb. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu daxili işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Nino Qiorqobiani deyib.

Onun sözlərinə görə, polis hər bir fakta təcili reaksiya verəcək və adekvat tədbirlər görəcək.

Zemo Paniçaladakı insident bağlı danışan Qiorqobiani bildirib ki, bununla bağlı polisə məlumat daxil olmayıb.

"Biz bu məsələni araşdıracağıq. Əgər fakt təsdiqlənsə, adekvat qərar veriləcək. Siyasi partiyaların polisin onların tərəfdarlarına təzyiq etməsilə bağlı məlumatları isə yalandır və ictimai fikri çaşdırmağa hesablanıb. Gürcüstan DİN bir daha hər kəsi, eyni zamanda, siyasi partiyaları təxribat xarakterli açıqlamalar verməkdən çəkinsinlər, süni qarşıdurma yaratmasınlar. Seçkilər sakit şəraitdə keçirilir. Amma bir daha təkrar edirəm, əgər pozuntu aşkar olunarsa, mütləq polisə məlumat verilsin və biz tez bir zamanda məsələni araşdıracağıq" - deyə o əlavə edib.

Qeyd edək ki, "Vahid Milli Hərəkat" partiyasının nümayəndəsi Georgiy Vaşadze bildirib ki, hakim partiya "Gürcü arzusu"nun fəalları Zemo Paniçalada müşahidəçilərə fiziki xətər yetiriblər.

Qalereya




Teqlər:  





Xəbər lenti