Məmmədyarov fransalı həmsədrlə görüşüb

Məmmədyarov fransalı həmsədrlə görüşüb
  15 Oktyabr 2018    Oxunub:3701
Xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb.
XİN-dən AzVision.az-a verilən məlumata görə, tərəflər BMT-nin Baş Assambleyası çərçivəsində Nyu Yorkda baş tutan birgə görüşdən sonra danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə qarşıdan gələn səfəri üzrə fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti