Suriyada xristianlar aksiya keçirir
Artıq 1 həftədir ki, Dəməşqin şimalındakı Sadad xristian şəhərində üsyançılarla hökumət qüvvələri arasında döyüşlər gedir. "Əl-Qaidə" ilə əlaqəli qruplaşma şəhərin qərb hissəsini nəzarət altına almağa imkan verən nəzarət-buraxılış məntəqəsini ələ keçirib.
Sentyabr ayında da "Nusra Cəbhəsi" adlanan qruplaşma Malula adlı xristian kəndini ələ keçirmişdi. YUNESKO-nun mədəni irs siyahısında olan Suriyanın ən qədim iki monastırı həmin kənddə yerləşir. Adıçəkilən ərazilərdə yaşayan xristian əhali isə döyüşlərlə əlaqədar ətraf aləmdən təcrid olub.
Teqlər: