Paşinyan bu gün istefa verəcək

Paşinyan bu gün istefa verəcək
  16 Oktyabr 2018    Oxunub:4712
Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün istefa verəcəyi gözlənilir
AzVision.az erməni mətbuatına istinadla xəbər verir ki, Paşinyan axşam saatlarında bəyanatla çıxış edəcək.

"Bu gün Ermənistan yeni bir tarixi mərhələyə daxil olur, hansı ki, yekunda bu bizi Ermənistandakı inqilabın tamamlanması üçün lazım olan nəticələrə gətirməlidir. Mən bu gün bəyanatla çıxış edəcəyəm”.

Qeyd edək ki, Nikol Paşinyan “France 24” kanalına müsahibəsində oktyabrın 16-da istefa verəcəyini bəyan etmişdi. Onun istefası növbədənkənar parlament seçkiləri ilə əlaqədardır.

AzVision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti