Konsulluqda jurnalistin qətlinə dair dəlillər tapılıb

Konsulluqda jurnalistin qətlinə dair dəlillər tapılıb
  16 Oktyabr 2018    Oxunub:3868
Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulluğunda axtarış aparılarkən iki həftə əvvəl yoxa çıxmış jurnalist Camal Kaşıkçının öldürülməsinə dair dəlillər tapılıb.

AzVision.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Bildirilib ki, ötən gecə türkiyəli mütəxəssislər konsulluğun həyətində torpaqdan nümunələr götürüb, qan izlərini tapmaq üçün ultrabənövşəyi şüalardan istifadə ediblər.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına əsasən, müstəntiqlər Səudiyyə Ərəbistanı konsulunun iqamətgahına da baxış keçirəcəklər.

Türkiyə KİV-lərində yer alan digər məlumata əsasən, Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd əl Uteybi bu gün Türkiyəni tərk edib.

Xatırladaq ki, jurnalist Camal oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və həmin vaxtdan itkin düşüb. Onun yoxa çıxması ilə əlaqədar təhqiqat aparılması üçün yaradılan Türkiyə-Səudiyyə Ərəbistanı işçi qrupu dünən Krallığın İstanbuldakı baş konsulluğuna təxminən 9 saat sürən baxış keçirib. Araşdırmanın nəticələri hələlik açıqlanmır.

AzVision.az


Teqlər: Səudiyyə   Konsulluq  





Xəbər lenti