Millimiz Norveçə qalib gələ bilmədi

Millimiz Norveçə qalib gələ bilmədi
  17 Oktyabr 2018    Oxunub:6280
Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandamız Norveç yığması ilə qarşılaşıb.
AzVision.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi milli Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

"Maryenlist” stadionunda oynanılan matç 1:1 hesablı bərabərliklə yekunlaşıb. Azərbaycan yığmasının heyətində qolu Fəhmin Muradbəyli, rəqib komandadan isə 76-cı dəqiqədə Ostiqard vurub.

Qeyd edək ki, ötən ay Bakıda baş tutan oyunda yığmamız Norveçə 1:3 hesabı ilə uduzmuşdu.

AzVision.az


Teqlər: Rəşad-Sadıqov   Milli   Norveç  





Xəbər lenti