Sarkisyan hökumətin istefasını qəbul etdi

Sarkisyan hökumətin istefasını qəbul etdi
  17 Oktyabr 2018    Oxunub:4403
Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın baş nazir postundan istefasını qəbul edib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, prezidentin mətbuat xidmətinin yaydığı məlumata əsasən, yerli hökumətin istefası qəbul olunub.

Qeyd edək ki, Nikol Paşinyan bu gün Ermənistanın baş naziri postundan istefa verib. O, istefasını növbədənkənar parlament seçkiləri ilə əlaqələndirib.

AzVision.az


Teqlər: Ermənistan   Armen-Sarkisyan   Paşinyan   İstefa  





Xəbər lenti