İddia edilir ki, jurnalistin qətli tezliklə sübuta yetiriləcək. Bununla bağlı araşdırmanın nəticələri yaxın günlərdə elan olunacaq.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.
Camal Ər-Riyadın hazırkı siyasətinin ən böyük tənqidçilərindən olub. O, 2017-ci ildə Səudiyyəni tərk edərək ABŞ-a köçüb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


