İran Pakistana nota verdi

İran Pakistana nota verdi
  27 Oktyabr 2013    Oxunub:1302
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyi diplomatik kanallarla Pakistan dövlətinə etiraz notası verib. Notanın verilməsinə səbəb oktyabrın 26-da İranın qərbindəki Sarvan dövlət sərhədi ərazisində terrorçularla hərbiçilər arasında baş vermiş şiddətli atışmadır. Silahlı qarşıdurmada 17 əsgər həlak olub, 5-i yaralanıb və 4 əsgər əsir aparılıb.

İran tərəfi terrorçuların Pakistan ərazisində olduğunu iddia edir.

Rəsmi məlumata görə, Pakistan hökuməti ağır nəticələrə gətirib çıxarmış silahlı qarşıdurmaya görə təəsüfləndiyini bildirib.


Teqlər:  





Xəbər lenti