"Mercedes" su kanalına düşdü

"Mercedes" su kanalına düşdü
  28 Oktyabr 2013    Oxunub:1164
Füzuli rayonunda toydan qayıdan hərbçilərin içində olduğu "Mercedes" markalı maşın su kanalına düşüb.
Füzuli rayonunda içərisində hərbçilər olan maşın qəzaya uğrayıb. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, hadisə saat 18:00 radələrində rayonun Əhmədbəyli kəndi ərazisində baş verib. Belə ki, içərisində 3 hərbçi olan "Mercedes" markalı maşın yoldan çıxaraq qəza törədib. Yaralılar dərhal yaxınlıqdakı hərbi hospitala çatdırılıblar.

Şahidlərin verdikləri məlumata görə, qəzaya uğrayanlar hərbi hospitalın həkimləri olublar. Hərbçilər adıçəkilən kənddəki şadlıq sarayında keçirilən toy mərasimində iştirak ediblər. Hadisə onlar toydan qayıdanda baş verib. Onların idarə etdikləri avtomobil Baş Mil kanalına düşüb.

Qəzanın səbəbləri araşdırılır.


Teqlər:





Xəbər lenti