Krımda terror aktı: Ölü sayı artıb - (YENİLƏNİB)

Krımda terror aktı: Ölü sayı artıb - (YENİLƏNİB)
  17 Oktyabr 2018    Oxunub:8336
Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.
Azvision TASS-a istinadən xəbər verir ki, bu barədə Krımın rəhbəri Sergey Aksyonov bildirib.

Terror aktı zamanı xəsarət alan şəxslərdən bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

***
(16:00)

Krım bölgəsinin Kerç şəhərində baş vermiş partlayış zamanı ölənlərin sayı 18 nəfərə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Qeyd olunub ki, hadisə naməlum cihazın partladılması nəticəsində baş verib. İnsidentlə bağlı cinayət işi açılıb, təhqiqatla qurumun mərkəzi aparatı məşğul olacaq.

Rusiyanın Milli Antiterror Komitəsi kollecdə partlayıcı qurğunun işə salındığını bildirib. Məlumata görə, partlayış kollecin yeməkxanasında baş verib və qurğu metal hissəciklərlə doldurulub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov faktı təsdiqləyib. Bildirib ki, partlayışın əsas səbəbi kimi terror hücumu versiyası nəzərdən keçirilir. Onun sözlərinə görə, prezident Vladimir Putinə hadisə ilə bağlı məlumat verilib.



***

Krımın Kerç şəhərində texnikumlardan birində partlayış baş verib. AzVision.az xəbər verir ki, hadisə nəticəsində azı 10 nəfər ölüb, 50 nəfərə yaxın insan yaralanıb. Yaralılardan 20-si xəstəxanalara yerləşdirilib.

İlkin məlumata əsasən, partlayışa qaz sızması səbəb olub. Hadisə yerinə təcili tibbi yardım briqadaları, xilasedicilər və polis əməkdaşları cəlb olunub.




Kənan Məmmədov
AzVision.az


Teqlər: Krım   Partlayış  





Xəbər lenti