Abramyanın qardaşı 5 milyona azadlığa çıxdı
Xatırladaq ki, Henrix Abramyan müxtəlif çaplı odlu silahın qanunsuz saxlanılmasında ittiham edilib. Ararat vilayətinin Mxçyan kəndində yerləşən zavodda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları külli miqdarda silah aşkar ediblər: 3 əl qumbaraatanı, 7 AK74 avtomatı, 2 snayper tüfəngi, müxtəlif tipli 3 tüfəng, 2 tapança və müxtəlif çaplı patronlar.
Axtarış Xüsusi İstintaq Xidmətinin 1-2 mart 2008-ci il tarixində etiraz aksiyalarının dağıdılması ilə bağlı apardığı cinayət işi çərçivəsində həyata keçirilib.
İlkin Nəcəfzadə
Azvision
Teqlər: Ermənistan Həbs