Putin, Makron və Merkel Türkiyəyə gedir

Putin, Makron və Merkel Türkiyəyə gedir
  17 Oktyabr 2018    Oxunub:4467
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.
Azvision xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron arasında dörd tərəfli zirvə görüşü keçiriləcək.

Toplantının vaxtı hələlik məlum deyil. Ehtimal edilir ki, dövlət başçılarının görüşü yaxın vaxtlarda baş tutacaq.

Azvision



Teqlər: Rusiya   Putin   Merkel   Makron  





Xəbər lenti